İNGİLTƏRƏDƏ AĞIR AVTOMOBİL QƏZASI
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, mayın 17-də gecə İngiltərənin Brayton kurort şəhəri yaxınlığında baş vermiş ağır avtomobil qəzası nəticəsində azı 6 adam həlak olmuş, 6 nəfər isə yaralanmışdır.
Yerli polis bildirmişdir ki, avtomagistralda 7 maşının toqquşmasının səbəbləri hələ məlum deyildir. Çox ehtimal ki, əsas təqsir maşını əks istiqamətdə hərəkət zolağına çıxaran sürücüdədir.
Xəsarət alanlardan üçü ağır vəziyyətdədir. Daha üç nəfər yüngülcə zədələnmiş və artıq xəstəxananı tərk etmişdir.