İngiltərədə səhiyyə xidmətinin rəhbəri istefa verib
London, 26 fevral, AZƏRTAC
İngiltərədə Milli Səhiyyə Xidmətinin (NHS) ilk qadın baş icraçı direktoru olan Amanda Pritçard vəzifəsindən istefa verib.
AZƏRTAC “BBC”yə istinadla xəbər verir ki, o, açıqlamasında bunun son dərəcə çətin bir qərar olduğunu bildirib. Onun istefası Baş nazir Kir Starmerin “NHS”də böyük dəyişikliklər və iri struktur islahatları aparacağını elan etməsindən, həmçinin İcmalar Palatasının iki nüfuzlu komitəsinin Amanda Pritçardın rəhbərlik üçün uyğunluğu barədə müzakirə aparmasından sonra baş verib.
Amanda Pritçard 2021-ci ildə bu vəzifəyə təyin edilib və COVID pandemiyasına qarşı rəsmi cavab tədbirlərində əsas rollardan birini oynayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]