İngiltərədə su şirkətləri tərəfindən törədilən ciddi çirklənmə halları artıb
London, 18 iyul, AZƏRTAC
İngiltərədə su şirkətləri tərəfindən törədilən ciddi çirklənmə hallarında ötən il 60 faiz artım qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə hökumətin Ətraf Mühit Agentliyinin açıqladığı son statistik məlumatda qeyd edilir. Agentlik tərəfindən ciddi və ya davamlı təsirə malik olduğu bildirilən bu hadisələr su canlılarının məhvi, içməli suyun çirklənməsi və insan sağlamlığı üçün risklər yaratması ilə xarakterizə edilir.
Hər il Ətraf Mühit Agentliyi su şirkətlərinə məxsus obyektlərdən ölkənin su hövzələrinə buraxılan təmizlənməmiş çirkab suların həcmini qeydə alır. 2024-cü ildə belə 2 min 801 hadisə baş verib ki, bu da indiyəqədərki ən yüksək göstəricidir. 2023-cü ildə bu göstərici 2 min 174 olub.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]