Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnkişafın Azərbaycan modelinin arxitekturasında mətbuatın yeri və rolu

Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın misilsiz inkişaf dinamikası bütün dünya birliyi tərəfindən artıq etiraf edilir. Həqiqətən, qısa tarixi dövrdə - cəmi iyirmi il ərzində gənc müstəqil dövlətimiz elə bir yol keçmişdir ki, bir sıra ölkələrin bu yolu keçməsi üçün yüzilliklər lazım gələrdi. Bu müddətdə Azərbaycan yarıdağılmış, daxili ziddiyyətlərin girdabında boğulan, gələcəyi üçün aydın oriyentirləri görünməyən, dərin siyasi və iqtisadi böhran içində olan bir ölkədən günbəgün çiçəklənən, sabit, dinamik inkişaf edən, bu gün artıq nəinki regional geosiyasətə, hətta müasir dünya nizamının arxitekturasına təsir göstərən dövlətə çevrilmişdir.

Ölkəmizin bu cür sürətli inkişafını təhlil edən nüfuzlu beynəlxalq ekspertlər indi “Azərbaycan fenomeni”, “Azərbaycan sıçrayışı”, “İnkişafın Azərbaycan modeli” ifadələrini tez-tez işlədirlər. Lakin bu sürətli inkişaf, necə deyərlər, göydən düşməmişdir. O, çox böyük və gərgin əməyin, konseptual və strateji yanaşmaya, perspektivlərin aydın təsəvvürünə əsaslanan səmərəli dövlət idarəçiliyinin nəticəsidir.

Konseptuallıq, strateji məqsədlərin düzgün seçimi, hətta ilk baxışdan əhəmiyyətsiz görünən bütün detalların da nəzərə alınması, irəlini görmək, hər bir konkret tarixi dövrdə Azərbaycana məhz nə lazım olmasını dəqiq bilmək bacarığı ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin idarəçilik üslubuna həmişə xas olmuşdur.

Bunu 1993-cü ilin ortalarından başlayaraq, ümummilli liderin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın necə inkişaf etməsi nümunəsində aydın görmək olar. İlk illərdə bütün qüvvələr sosial-iqtisadi böhrandan çıxmaq, dövlətçiliyin möhkəm təməlini yaratmaq, siyasi sistem formalaşdırmaq, sabitliyi və asayişi təmin etmək məsələləri üzərində cəmləşdirilmişdisə, bu məqsədlərə nail olduqdan sonra əsas diqqət irimiqyaslı sosial və iqtisadi islahatlara yönəlmişdi. Bu halda da qüvvələrin tətbiq vektoru tədricən dəyişirdi. 1990-cı illərin axırları - 2000-ci illərin əvvəlində hökumətin strategiyası iqtisadiyyatın baza sahəsi kimi neft-qaz sənayesinin dirçəlişinə, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun inkişaf etdirilməsinə, ixrac boru kəmərləri şəbəkəsi yaradılmasına yönəlmişdi. 2003-cü ildə, Azərbaycan artıq neftdən sanballı gəlirlər əldə etməyə başlayanda dövlət öz qüvvə və vəsaitlərini iqtisadiyyatın şaxələndirilməsinə və infrastrukturun inkişafına yönəltdi. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafının birinci beşillik Dövlət Proqramı qəbul edildi. Sənaye müəssisələrinin, elektrik stansiyalarının, yolların, məktəblərin, tibbi mərkəzlərin, idman komplekslərinin genişmiqyaslı tikintisi, zavod və fabriklərin modernləşdirilməsi, informasiya-kommunikasiya texnologiyaları və başqa sahələrin inkişafı üzrə işlər başlandı. Bu işlər sosial sahədə ciddi dəyişikliklərlə müşayiət olunurdu. Son illərdə isə biz həyatın keyfiyyətinə və insan kapitalının inkişafına sərmayə qoyulmasını getdikcə daha çox müşahidə edirik. Statistik göstəricilər də bunu çox gözəl nümayiş etdirir. Təkcə son səkkiz ildə Azərbaycanda bir milyondan çox yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi 6 dəfədən çox azalaraq 49 faizdən 7,9 faizə düşmüş, minimum əməkhaqqı və pensiya 15 dəfə artırılmışdır.

Bugünkü Azərbaycan bütün Cənubi Qafqaz iqtisadiyyatının 83 faizini təmin edir; iqtisadiyyatda keçid dövrü uğurla başa çatmışdır; sürətli sənayeləşmə prosesi gedir, nəhəng müəssisələr yaradılır; şəhər ilə kənd arasında fərq ilbəil azalır; enerji və ərzaq təhlükəsizliyi təmin edilmişdir; regionda ən güclü və döyüş qabiliyyətli ordulardan biri formalaşmışdır; səmərəli sosial proqramlar həyata keçirilir. 20 il bundan əvvəl dövlət xəzinəsi boş olan Azərbaycanda bu illər ərzində 40 milyard dollardan artıq vəsait toplanmışdır. Neft və qaz hesabına əldə edilən gəlirlərin akkumulyasiyası və onların idarə edilməsi şəffaf tərzdə həyata keçirilir, bu vəsaitlərin bir qismi gələcək nəsillər üçün saxlanır, bir qismi isə ölkə üçün ən əhəmiyyətli layihələrin həyata keçirilməsinə, o cümlədən qaçqınların və məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılmasına və Azərbaycan gənclərinin xaricdə təhsilinə sərf edilir. Əvvəllər xaricdən sərmayələr cəlb edən Azərbaycan bu gün özü xarici dövlətlərin iqtisadiyyatına milyardlarla sərmayə qoyur.

Beynəlxalq baxımdan ölkəmiz qlobal enerji təhlükəsizliyinin mühüm amilinə çevrilmişdir. Bundan əlavə, artıq bir neçə ildir ki, Azərbaycan özünü mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun mühüm məkanı kimi təqdim edir. “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan nümayəndələrinin qələbəsi və dünyanın 155 dövlətinin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də müstəqillik dövründə ölkəmizin danılmaz nailiyyətləridir.

Müasir Azərbaycanın bu portret cizgiləri artıq formalaşmış inkişafın Azərbaycan modeli - ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış, dövlətimizin başçısı İlham Əliyev tərəfindən zənginləşdirilmiş və daha da konkretləşdirilmiş model haqqında danışmağa əsas verir.

Fikrimcə, “İnkişafın Azərbaycan modeli” termini dünyanın siyasi leksikonuna daxil olmağa layiqdir və artıq daxil olmuşdur. Ona görə ki, bu, mücərrəd anlayış deyil, real məzmuna malik olan tamamilə konkret anlayışdır. Bu model ucsuz-bucaqsız dünyada itməməyə, özünün mövcudluğunu bildirməyə, qlobal geosiyasətdə öz yerini tapmağa çalışan digər gənc müstəqil dövlətlər, dinamik inkişaf edən, səmərəli iqtisadiyyata və sosial sistemə, hakimiyyətlə cəmiyyət arasında ahəngdar şəkildə tərəqqi tapan münasibətlərə malik olan müasir dövlət qurmağı öz qarşısına məqsəd qoymuş ölkələr üçün nümunə ola bilər.

Məhz belə bir modelin olması Azərbaycanı öz inkişafında kortəbiilikdən və irrasionallıqdan, başqasının təcrübəsini kor-koranə təkrarlamaqdan və deməli, səhv və nöqsanlardan qorumuşdur. İnkişafın Azərbaycan modelinin fəlsəfəsini qısaca ifadə etmək istəsək bu, vətəndaşların rifah halını artırmaqla ölkənin modernləşməyə tam transformasiyası, həyatın bütün sahələrinin ahəngdar inkişafı, milli xüsusiyyətlər nəzərə alınmaqla dünyanın müsbət təcrübəsinin tətbiq edilməsi, universal demokratik prinsiplərin milli-mənəvi dəyərlər kontekstində bərqərar edilməsi, dünya birliyinə daha sıx inteqrasiya deməkdir.

Azərbaycan modeli hərtərəfli düşünülmüş və tarazlaşdırılmış proqramlar, dəqiq siyasi-iqtisadi və sosial proqnozlar əsasında ölkənin inkişafını nəzərdə tutur. Zənnimcə, belə bir fakt bunu çox gözəl nümayiş etdirir ki, bu gün Azərbaycanda 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya həyata keçirilməkdədir. Prezident İlham Əliyevin Sərəncamına əsasən hazırda “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası hazırlanır. Belə bir sənədin işlənib hazırlanması zərurəti ölkəmizin inkişafında yeni, qarşımızda duran məqsəd və vəzifələrin daha mürəkkəb və çoxtərəfli olması ilə səciyyələnən mərhələsinə qədəm qoyması ilə bağlıdır. Bu məqsədlərə nail olmaq üçün ən müasir, elmi əsaslara söykənən idarəçilik metodları və strateji yanaşmalar tələb olunur. Bu gün ölkə rəhbərliyinin bütün fəaliyyəti həmin metod və yanaşmaların hazırlanmasına yönəlmişdir.

Prezident İlham Əliyev müsahibələrinin birində vurğulamışdır ki, əgər gələcək haqqında fikirləşməsək, bugünkü məsələləri həll etmək çox çətin olacaqdır. Dövlət başçısı vurğulamışdır ki, bu gün bizim həyata keçirdiyimiz təşəbbüslərin çoxu gələcəyə yönəlmişdir. O cümlədən, neft-qaz sahəsində hökumətin planları ən azı 100 il üçün nəzərdə tutulmuşdur. Nəqliyyat sferasında və alternativ enerji mənbələrinin yaradılması sahəsində həyata keçirilən dövlət proqramları çərçivəsində reallaşdırılan infrastruktur ölkəyə əsrlər boyu xidmət edəcəkdir. Təhsil, informasiya-kommunikasiya texnologiyaları, turizmin inkişafı sahəsində proqramlar da qarşıdakı onilliklər üçün nəzərdə tutulmuşdur.

Ölkədə reallaşdırılan bütün proqramların təhlili dövlətimizin qarşısına qoyduğu bütün ambisiyalı məqsədlər və layihələr real əsasa, konkret icra mexanizmlərinə və maliyyə təminatına malikdir. Bu da inkişafın Azərbaycan modelinin xüsusiyyətidir. Bu modelin bir xüsusiyyəti də qarşıya qoyulmuş məqsədlərin aydın, nəzərdə tutulan planların ardıcıl, tarazlaşdırılmış olması, onların həyata keçirilməsi yollarının düzgün təsəvvür edilməsidir.

Məsələn, iqtisadi sahədə neft-qaz sektorundan asılılığı tədricən azaltmaq və innovasiyalı inkişaf modelinə keçmək vəzifəsi qarşıya qoyulmuşdur. Azərbaycan hökuməti bu vəzifəni yerinə yetirmək üçün qeyri-neft sektorunu fəal inkişaf etdirir, neft gəlirləri yeni texnologiyalara yatırılır, sahibkarlığa güclü dəstək verilir. Sosial sahədə əsas məqsəd insanların rifahını yüksəltməkdən ibarətdir. Bu məqsəd davamlı inkişaf üzrə genişmiqyaslı proqramların həyata keçirilməsi, yoxsulluğun azaldılması və işsizliyin ləğv edilməsi hesabına təmin olunur.

Xarici siyasətdə Azərbaycan regionda liderlik modelini seçmişdir. Bu məqsəd bütün dövlətlərlə hüquq bərabərliyi və bir-birinin daxili işlərinə qarışmamaq əsasında əməkdaşlığın tənzimlənməsinə və inkişaf etdirilməsinə yönəlmiş təşəbbüslər, xoş məram, açıqlıq, dialoqa və zəruri anlarda köməyə gəlməyə hazırlığın nümayiş etdirilməsi yolu ilə həyata keçirilir. Azərbaycanın həyata keçirdiyi tarazlaşdırılmış, əsasını millətin və dövlətin mənafeləri təşkil edən xarici siyasət bütün dünyada hamılıqla qəbul edilmiş nailiyyətdir. Bu siyasət sayəsində dünya birliyinin hörmət və rəğbətini qazanmış Azərbaycan regionda və dünyada mövqelərini möhkəmlətmiş, sülhsevər dövlət və etibarlı tərəfdaş imici qazanmışdır.

Bu uğurların informasiya təminatında dövlətimizin media sahəsində siyasəti də mühüm rola malikdir. Əlbəttə, dövlətin informasiya siyasəti də inkişafın Azərbaycan modelinin tərkib hissələrindən biridir.

Ölkəmizdə kütləvi informasiya vasitələrinin azad olması haqqında müddəa Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmişdir. Azərbaycan hələ 1998-ci ildə, MDB məkanında birinci olaraq, senzuranı ləğv etmişdir. 2000-ci ildə Mətbuat Nazirliyinin ləğv olunması KİV-lərin fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin aradan qaldırılmasına, söz azadlığının təmin edilməsinə yönəlmiş çox mühüm addım idi. 2001-ci ildə qəbul edilmiş, beynəlxalq ekspertlərin fikrincə, çox demokratik və Avropa standartlarına müvafiq olan “Kütləvi informasiya vasitələri haqqında” qanun medianın fəaliyyəti üçün qanunverici bazadır. 2005-ci ildə “İnformasiya azadlığı haqqında” qanun qəbul edilmişdir. Azərbaycanda nəşr edilən materialların və yayımlanan verilişlərin məzmununa total nəzarət, iqtidarın tənqid edilməsinə görə hər hansı şəkildə təqib, o cümlədən cinayət təqibi yoxdur. Bu sahədə plüralizmin bərqərar olmasına belə bir fakt da dəlalət edir ki, hazırda Azərbaycanda 30-dan çox gündəlik və 100-ə yaxın həftəlik qəzet buraxılır, respublika əhəmiyyətli 9 telekanal, 15-ə yaxın regional telekanal verilişlərini yayır, internetdən sərbəst istifadə edilir. Bütün bunlar müstəqil mətbuat modelinin əsas elementləridir.

Bununla bərabər, qeyd etməliyəm ki, Azərbaycanda KİV ilə dövlətin münasibətləri sintezləşdirilmiş model əsasında qurulur. Bu model dünyada ümumi qəbul edilmiş “dövlət-mətbuat” qarşılıqlı münasibətlərinin bir neçə modelinin elementlərini özündə cəmləşdirir: mətbuatın sosial məsuliyyəti modeli, əsasən milli dövlət qurmaqda olan gənc müstəqil ölkələrdə tətbiq edilən “inkişaf modeli” və sair.

Sosial məsuliyyət modeli medianın cəmiyyət qarşısında müəyyən öhdəliklərini nəzərdə tutur: yüksək peşəkar standartlara uyğunluq, informativlik, düzgünlük, dəqiqlik, obyektivlik. Bu model müəyyən mənada iki prinsipi birləşdirir: medianın azadlığı və cəmiyyət qarşısında borcu. Bu halda dövlət ilə mətbuat arasında münasibətlər müstəqil ictimai təsisatlar vasitəsilə tənzimlənir. Azərbaycanda belə bir təsisat rolunda Mətbuat Şurası çıxış edir. Sosial məsuliyyət modelində KİV-lərə ictimai rəy, peşə etikası vasitəsilə nəzarət edilir. Bu baxımdan Azərbaycanda qəbul edilmiş Jurnalistin Etik Davranış Kodeksi mətbuat işçilərindən təkcə yüksək peşəkar vərdişlər deyil, həm də düzgünlük və qərəzsizlik tələb edir, müəyyən mənada KİV-lərin tənzimləyicisi rolunu oynayır.

“İnkişaf modeli” KİV-lərin ölkədə həyata keçirilən milli siyasətin məqsədlərinə kömək etməsinə yönəlmişdir. Demokratik ölkələrdə KİV-lərin fəaliyyətində dövlətin rolu barədə fikir ayrılığı mövcuddur. Adətən belə hesab edirlər ki, bu sahədə dövlətin rolu minimuma endirilməlidir. Mən isə əksinə, hesab edirəm ki, informasiya cəmiyyətinə daxil olmağımız bu rolun artmasını nəzərdə tutur. Burada bir qeyd-şərtə ehtiyac vardır: “dövlətin rolu” dedikdə, əsla dövlətin mətbuatın işinə müdaxiləsini nəzərdə tutmuram. Söhbət KİV-lərin fəaliyyətinin səmərəli qanunvericilik bazasının formalaşmasında dövlətin konkret iştirakından, onun xüsusən elektron media sahəsində tənzimləyici rol oynamasından, inkişaf etmiş telekommunikasiya infrastrukturu yaradılmasından gedir. Bunlar olmasa müasir kütləvi informasiya vasitələri sadəcə mövcud ola bilməz. Mediastrukturların texniki təchizatında dövlətin köməyi və dəstəyi zəruridir. Dövlət həm də KİV-lərin fəaliyyəti üçün, əslində bütün cəmiyyət üçün universal dəyər oriyentirlərinin müəyyən edilməsinə görə cavabdehdir.

İnformasiya siyasəti ölkənin sosial-iqtisadi və mədəni inkişafının xüsusiyyətlərindən, onun öz qarşısına qoyduğu məqsədlərdən asılıdır. Azərbaycan dövləti iqtisadi inkişafın yetərincə yüksək səviyyəsinə çatmaqla, innovasiyalara əsaslanan müasir informasiya cəmiyyəti qurmaqla KİV-lərin inkişafına, media sahəsinə ən yeni informasiya-kommunikasiya texnologiyalarının cəlb edilməsinə çox böyük diqqət yetirir. Bu texnologiyaların təsiri ilə KİV getdikcə daha artıq dərəcədə biznes sahəsinə çevrilir, bu isə dövrümüzün tələblərinə tam müvafiqdir.

Lakin bu məqamın təhlükəli cəhətləri də az deyildir, çünki kütləvi kommunikasiyalar sahəsində bazar münasibətlərinin ifrat dərəcədə tətbiqi bir sıra hallarda KİV-lərin maarifçilik və informasiya funksiyasının nivelirlənməsinə gətirib çıxarır, jurnalistikaya xas olan humanist səsləri boğur, əhaliyə xalqın milli-mənəvi dəyərlərinə və mentalitetinə yabançı davranış stereotiplərini zorla qəbul etdirir. Qloballaşmanın, o cümlədən informasiya məkanında qloballaşmanın şəksiz üstünlüklərinə baxmayaraq, bu prosesin sürətlənməsi də yeni təhdidlər doğurur.

Bu şəraitdə dövlətin tənzimləyici rolu, xüsusən Azərbaycan kimi gənc müstəqil ölkələrdə müstəsna əhəmiyyət kəsb edir. Axı bu gün sivilizasiyanın doğurduğu modernləşmə, yeniliyə və tərəqqiyə istiqamətlənmə ilə yanaşı, bu yeni aləmdə kimliyimizi itirməmək, milli mənliyimizi qoruyub saxlamaq üçün köklərimizə, mədəni-mənəvi dəyərlərimizə bağlılıq bizə hava və su kimi lazımdır.

Azərbaycan dövləti kütləvi informasiya vasitələri sahəsində də məqsədyönlü və ardıcıl siyasət yeridir, modernləşmə və qlobal informasiya məkanına inteqrasiya xəttini ölkənin milli maraqları ilə uğurla əlaqələndirir.

Dövlətimizin medianın inkişafı sahəsində atdığı bütün addımlar hərtərəfli düşünülmüş və gələcəyə istiqamətlənmişdir. 2008-ci ildə kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbul edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun təsis edilməsi buna əyani sübutdur. Hər il qəzet və jurnal redaksiyalarının, informasiya agentliklərinin inkişafı üçün sanballı maliyyə vəsaiti ayrılır. KİV işçilərinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş tədbirlər görülür.

Bütün bu illər ərzində ölkənin əsas informasiya qurumu - Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) də daim dövlətimizin diqqət mərkəzində olmuşdur. Təkcə bunu demək kifayətdir ki, 1995-ci ildən bəri agentliyin fəaliyyətinin təkmilləşdirilməsi haqqında dövlət başçısı səviyyəsində 6 fərman və sərəncam imzalanmışdır. Bu sənədlərdə agentliyin işinin fəallaşdırılması, onun maddi-texniki bazasının möhkəmlənməsi, dünya informasiya məkanına inteqrasiya üzrə mühüm tədbirlər nəzərdə tutulmuşdur.

Agentliyin texniki təchizatının təkmilləşdirilməsi üzrə tədbirlər sayəsində bu gün AZƏRTAC səmərəli işləmək üçün zəruri olan innovativ texnoloji avadanlığa malikdir. Agentlikdə qoyulmuş ən müasir server qurğusu onun zəngin informasiya və fotoarxivini saxlamağa imkan verir. AZƏRTAC-ın sonuncu dəfə 2011-ci ilin axırlarında yenilənmiş və təkmilləşdirilmiş saytında təqribən hər iki dəqiqədən bir Azərbaycan, ingilis, rus, alman, fransız və ərəb dillərində materiallar yerləşdirilir. Hazırda AZƏRTAC-ın internet saytına hər gün 10-12 min dəfə müraciət edilir. Bu isə, heç şübhəsiz, ölkəmizin populyarlaşmasında mühüm rol oynayır.

Dövlət başçısının sərəncamı ilə AZƏRTAC üçün yeni, müasir bina tikiləcəkdir. Dinamik inkişaf edən ölkəmizin imicinə uyğun olacaq bu bina agentliyin işini daha yüksək səviyyədə təşkil etməyə, onun fəaliyyətinə informasiya sahəsində ən yeni texnoloji araşdırmaların nəticələrini cəlb etməyə imkan verəcəkdir.

Hazırda xarici ölkələrdə AZƏRTAC-ın 16 müxbir məntəqəsi fəaliyyət göstərir. Onların səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. AZƏRTAC dünyanın 90-dan çox ölkəsinin milli xəbər agentliyi ilə informasiya mübadiləsi aparır. O, Avropa Xəbər Agentlikləri Alyansı (EANA), Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA), Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA), Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyası (ANİA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyası (BSANNA) kimi nüfuzlu beynəlxalq və regional təşkilatların üzvüdür. Bu qurumlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq sayəsində AZƏRTAC onların informasiya resurslarından istifadə etməklə Azərbaycan haqqında həqiqətləri daha geniş coğrafiyada yaymaq və eyni zamanda, Azərbaycan oxucusunu dünyada baş vermiş son hadisələrlə tanış etmək imkanına malikdir.

AZƏRTAC dövlətimizin modernləşmə və innovasiyalı cəmiyyət qurulmasından ibarət ümumi fəaliyyət xəttinə əsaslanaraq, ən yeni informasiya-kommunikasiya texnologiyalarını fəal tətbiq edir. Bu sahədə son nailiyyətlərdən biri istifadəçilərə video, foto və səsli informasiyanı da operativ çatdırmağa imkan verən multimedia xidmətinin yaradılmasıdır.

Agentlik müasir dövrün çağırışlarını nəzərə alaraq, öz informasiya resurslarının kibernetik hücumlardan etibarlı şəkildə qorunmasının təmin edilməsi üzrə ciddi tədbirlər görür və bu iş yetərincə uğurlu şəkildə həyata keçirilir. Hazırda biz müasir informasiya məkanında rolu tədricən artmaqda olan sosial şəbəkələrlə rəqabətdə üstünlüyə necə nail olmaq barədə getdikcə daha çox fikirləşirik. Bəzi həmkarlarımızın fikrincə, sosial şəbəkələr ənənəvi jurnalistika ilə rəqabət apara bilməz, lakin reallıqlar bunun əksini sübut edir və hətta dünyanın ən iri informasiya agentlikləri də artıq bu amil ilə hesablaşmağa və təsirli tədbirlər görməyə başlamışlar. Qeyri-peşəkar jurnalistika - bloqqerlər və sosial şəbəkələr bazarının get-gedə artan təzyiqi nəzərə alınmaqla KİV-lər işin yeni formatlarını mənimsəməyə məcburdurlar. Zənnimcə, əgər biz peşəkarlığımızı, işimizin keyfiyyətini, operativliyini artırsaq, ən yeni informasiya-kommunikasiya texnologiyalarını fəal mənimsəsək, yüksək ixtisaslı, mütərəqqi düşüncəli gənc kadrlar hazırlanmasına ciddi diqqət yetirsək, bu rəqabətdə uduzmarıq. Bu məqsədlə 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının bizim üçün yaratdığı imkanlardan istifadə edərək, gənc jurnalistləri, tərcüməçiləri, proqramçıları xaricdə təhsil almağa göndəririk. Təbii ki, gələcək bu gənclərindir.

Azərbaycanın gələcəyinin konturlarına diqqətlə nəzər salsaq, güclü, firavan, sabit inkişaf edən dövlət görərik. Azərbaycan Prezidenti İlham Əliyev qarşımızda dəqiq məqsəd qoymuşdur: Azərbaycan ən yaxın illərdə dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmalıdır. Əminəm ki, biz Azərbaycanın indiki inkişaf modelini tətbiq etməklə bu məqsədə nail olacağıq.

Aslan Aslanov

AZƏRTAC-ın baş direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

Henri B. Kaqan və Kenso Soai kimya üzrə Nobel mükafatı aldılar

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib