İqtisadiyyat Nazirliyinin əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilir
Bakı, 13 may, AZƏRTAC
Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində İqtisadiyyat Nazirliyi və qurumlarının əməkdaşlarının iştirakı ilə növbəti qanvermə aksiyası keçirilir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Mayın 16-dək davam edəcək qanvermə aksiyasında 600-dək əməkdaşın iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, artıq ənənəyə çevrilmiş bu humanist aksiyada İqtisadiyyat Nazirliyinin əməkdaşları mütəmadi iştirak edirlər. Bu cür xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi planlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2026 [21:16]
“Ümid Yeri”ndə uşaqlara bayram sevinci yaşadılıb
- 28.05.2026 [20:35]
Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb
- 28.05.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 28.05.2026 [18:23]
Könüllülər Müstəqillik Gününü silsilə tədbirlərlə qeyd ediblər
- 28.05.2026 [17:49]
Şotlandiyadakı icma görüşünə böyük maraq göstərilib
- 28.05.2026 [17:14]
Qazaxıstanın Azərbaycan diasporu Müstəqillik Gününü qeyd edib
- 28.05.2026 [16:57]