İrakli Kobaxidze: Biz ABŞ-la strateji tərəfdaşlığı təmiz səhifədən yeniləməyə hazırıq
Tbilisi, 12 sentyabr, AZƏRTAC
“Rəsmi Tbilisi ABŞ-la strateji tərəfdaşlığı təmiz səhifədən yeniləməyə hazırdır. Biz indi ABŞ-dan rəsmi mövqe gözləyəcəyik. “Dostlar Aktı”nın («Акт MEGOBARI) qəbulu dayandırılıb. Görünür, “Dərin dövlət” öz məqsədinə çata bilməyib”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” televiziyasına müsahibəsində söyləyib.
“Təklifimizlə bağlı ABŞ-ın rəsmi mövqeyinə ehtiyacımız var. Baxmayaraq, hələlik sükut hökm sürür, istənilən məsələni müzakirə etməyə hazırıq”, - deyə İrakli Kobaxidze vuğulayıb.
Onun sözlərinə görə, gürcü-amerikan münasibətlərinin yenidən qurulması Tramp administrasiyası ilə “Dərin dövlət” arasında gedən döyüşdə kimin qalib gələcəyindən asılı olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]