İrakli Kobaxidze: Regionda həyata keçirilən layihələr Avropa İttifaqı üçün də çox vacibdir
Tbilisi, 17 may, AZƏRTAC
Gürcüstan qonşu ölkələrlə çox vacib layihələr həyata keçirir ki, bu da əlaqələri yaxşılaşdırmağa və daha inkişaf etdirməyə geniş imkanlar açır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tiranada jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, Gürcüstan Avropa ilə yanaşı, Azərbaycan və Ermənistanla da sıx bağlıdır. İ.Kobaxidze deyib: “Bu gün bizim regionumuzda həyata keçirilən layihələr təkcə bölgəmiz üçün deyil, Avropa və Avropa İttifaqı üçün də mühüm əhəmiyyət kəsb edir. Biz bu istiqamətdə əməkdaşlığa tam açığıq. Qara dəniz sualtı kabel və digər layihələr əlaqələri yaxşılaşdırır. Biz bundan sonra da analoji layihələrin reallaşdırılmasında fəal iştirak edəcəyik”.
“Gürcüstan Cənubi Qafqazda əsas rol oynayır, bölgədə sülhün möhkəmləndirilməsinə töhfə verir. Biz gələcəkdə də bu istiqamətdə hərəkət edəcəyik”, - deyə Baş nazir vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:17]
Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir
- 01.10.2026 [18:45]
Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb
- 01.10.2026 [17:14]
Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır
- 01.10.2026 [16:44]