İran ballistik raketləri modifikasiya edərək Rusiyaya vermək istəyir
Bakı, 13 dekabr, AZƏRTAC
İran Ukrayna ərazisinə zərbələr endirmək üçün Rusiyaya vermək istədiyi ballistik raketləri modifikasiya edərək, yəni mənzilini məhdudlaşdıraraq BMT Təhlükəsizlik Şurasının sanksiyalarından yayınmağa çalışır.
AZƏRTAC xəbər verir ki, Amerikanın “Axios” nəşri bu barədə İsrailin yüksəkvəzifəli dörd məmuruna, həmçinin kəşfiyyatın hesabatına istinadla məlumat yayıb.
“İranın Rusiyaya ballistik raket verməsi BMT Təhlükəsizlik Şurasının qətnaməsini poza və Tehrana qarşı sanksiyaların bərpası ilə nəticələnə bilər”, - deyə məlumatda bildirilir. Bu, həm İran, həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya üçün problemlər yarada bilər.
Eyni zamanda, dekabrın 3-də Rusiya müdafiə nazirinin müavini Aleksandr Fominin başçılıq etdiyi nümayəndə heyətinin Tehrana səfəri də diqqət mərkəzinə düşüb. İlkin məlumata görə, tərəflər hərbi sahədə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər. Vaşinqtonda bildiriblər ki, Tehran Moskvaya yüzlərlə ballistik raket satmaq, habelə kamikadze PUA-ları Rusiya ilə birgə istehsal etmək imkanlarını nəzərdən keçirir.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 2015-ci il tarixli 2231 saylı qətnaməsinə əsasən, heç bir ölkənin hərəkət radiusu 300 kilometrdən çox olan ballistik raketləri və PUA-ları İrana vermək və ya İrandan almaq hüququ yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [05:25]
BMT: Afrika daha sürətlə istiləşir
- 19.06.2026 [02:51]
“Volkswagen” 2030-cu ilədək 50 min iş yerini ixtisar edəcək
- 19.06.2026 [02:20]
Makron: Yaxın Şərqdə müharibənin tam başa çatdığını demək hələ tezdir
- 19.06.2026 [01:35]
Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [21:31]
Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır
- 18.06.2026 [20:18]
BƏƏ Azərbaycanın Körfəz regionunda əsas strateji tərəfdaşlarından biridir
- 18.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 18.06.2026 [20:00]
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub
- 18.06.2026 [19:54]
Avropa Ebola virusuna qarşı mübarizədə Afrikaya dəstəyi gücləndirir
- 18.06.2026 [19:37]
Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib
- 18.06.2026 [19:27]
“4Sİ Akademiyası - Milli Proqram”ın müddəti daha bir il artırılıb
- 18.06.2026 [19:15]
Slovakiyada uşaqlara sosial şəbəkə qadağası təklif olunub
- 18.06.2026 [18:52]
Fatih Birol: Neft qiymətlərində davamlı eniş müşahidə edə bilərik
- 18.06.2026 [18:46]
Qlobal neft ticarətinin 2050-ci ilədək 25 faiz artacağı proqnozlaşdırılır
- 18.06.2026 [18:41]
Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib RƏY
- 18.06.2026 [18:39]
“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə elan edilib
- 18.06.2026 [18:21]
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros üzrə birincilik keçirilib
- 18.06.2026 [18:20]
Şeirimizdə və yazılı abidələrimizdə insan haqları - elmi sessiya
- 18.06.2026 [17:53]
Rusiya Ermənistana etiraz notası göndərib
- 18.06.2026 [17:51]
“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb
- 18.06.2026 [17:50]
OPEC+ 2030-cu ildən sonra bazar payını artıracaq
- 18.06.2026 [17:50]
Nazir müavini: Azərbaycan Orta Dəhlizin inkişafında mühüm rol oynayır
- 18.06.2026 [17:48]
Çempionlar Liqası: “Neftçi”nin rəqibi bəlli olub
- 18.06.2026 [17:47]
Qlobal neft tələbatı 2050-ci ildə gündəlik 124,1 milyon barelə çatacaq
- 18.06.2026 [17:42]
Norveç dünyada ilk gəmi tunelini tikir
- 18.06.2026 [17:42]
Neftçalada Xəzər dənizinə 50 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb
- 18.06.2026 [17:40]
Azərbaycan dünya trendindən geri qalmır – ŞƏRH
- 18.06.2026 [17:20]
AMEA-da elmi fəaliyyətin bal sistemi ilə qiymətləndirilməsi üzrə yeni model
- 18.06.2026 [17:07]