İran Prezidentinin BMT Təhlükəsizlik Şurasının 74-cü sessiyasında iştirakı təxirə düşə bilər
Tehran, 19 sentyabr, AZƏRTAC
İran Prezidenti Həsən Ruhaninin BMT Təhlükəsizlik Şurasının 74-cü sessiyasında iştirakı təxirə düşə bilər.
AZƏRTAC xəbər verir ki, İran tərəfinin müraciətinə baxmayaraq, Prezident Həsən Ruhaniyə, Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə və nümayəndə heyətinin digər üzvlərinə viza verilməyib.
Xatırladaq ki, sentyabrın 17-dən Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının 74-cü sessiyası keçirilir.
Qeyd edək ki, İran ilə ABŞ arasında diplomatik əlaqə olmadığı üçün razılaşmaya əsasən bu missiyanı İsveçrənin İrandakı və ABŞ-dakı səfirlikləri yerinə yetirir. İran tərəfi viza ilə bağlı İsveçrənin səfirliyinə müraciət edib. Lakin səfirlik müraciəti ABŞ hökumətinə çatdırsa da, hələlik cavab almayıb.
İranın Xarici İşlər Nazirliyi hesab edir ki, Vaşinqtonun BMT-nin tədbirində iştirak etmək istəyən rəsmi şəxslərə ABŞ ərazisinə daxil olmaq üçün viza verməməsi beynəlxalq qanunlara ziddir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]