İranda terror aktı nəticəsində dörd polis işçisi həlak olub
Bakı, 23 iyul, AZƏRTAC
İranda naməlum şəxslər yol polisinin xidməti avtomobilinə hücum ediblər.
AZƏRTAC xəbər verir ki, Fars Xəbər Agentliyinin yaydığı məlumata görə, hücum nəticəsində azı dörd polis işçisi həlak olub. Onlardan üçünün hadisə yerində, birinin isə sonradan öldüyü bildirilir.
Terror hücumu ölkənin cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində baş verib. Vilayətin mərkəzi bölgəsində, Taftan-Xaş avtomobil yolunda naməlum şəxslər patrul xidmətinin əməkdaşlarını atəşə tutublar.
Hazırda hadisənin təfərrüatları araşdırılır, hələlik rəsmi şərh verilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]