İranın “İRİB news” saytı: Azərbaycan Ordusunun bölmələri düşmənin dayaq məntəqəsinə zərbə endirib
Tehran, 13 iyul, AZƏRTAC
İranın “İRİB news” saytı Ermənistanın Azərbaycan ilə dövlət sərhədində, Tovuz rayonu istiqamətində törətdiyi təxribatdan yazıb.
AZƏRTAC xəbər verir ki, sayt Azərbaycan Ordusu tərəfindən ermənilərin təxribatının qarşısının alındığını qeyd edib. Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusu cavab olaraq Ermənistanın əhəmiyyətli hərbi hissəsini dəqiq raket zərbəsi ilə darmadağın edib.
Qeyd olunub ki, Ermənistanın yenidən Azərbaycan ərazisinə təcavüz etmək istəyinin qarşısı alınıb.
İRİB saytı Azərbaycan Ordusunun düşmənin dayaq məntəqəsinə zərbə endirməsini əks etdirən videonu da yerləşdirib.
Digər bir sayt anaj.ir saytı isə bu barədə xəbər verərək yazıb ki, Azərbaycan işğal olunmuş Dağlıq Qabağı müharibə yolu ilə qaytarmaq əzmindədir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]