İRAQDA SƏDDAM HÜSEYNİN OĞULLARINI ƏLƏ VERMƏKDƏ ŞÜBHƏLİ BİLİNƏN ŞƏXSİN QARDAŞI QƏTLƏ YETİRİLMİŞDİR
AZƏRTAC ərəb informasiya agentliklərinə istinadla xəbər verir ki, İraqda Səddam Hüseynin oğulları – Udeyi və Küseyi ələ verməkdə şübhəli bilinən Nəvvaf əs-Zeydanın qardaşı Salah əs-Zeydan Mosul şəhərində, avtomobilinin atəşə tutulmasi nəticəsində həlak olmuşdur.
Xatırladaq ki, ötən il iyulun 22-də Amerika əsgərləri devrilmiş diktatorun axtarışda olan oğullarını Mosulda qətlə yetirmişdilər. Onların yerini sığınacaq tapdıqları evin sahibi Nəvvab əs-Zeydanın bildirdiyi güman olunur. Hadisədən sonra 30 milyon dollar məbləğində mükafatlandırılan Nəvvafın taleyi naməlum qalmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]