İş adamları KOBİA-nın dəstək və xidmətləri barədə məlumatlandırılıb
Bakı, 30 iyul, AZƏRTAC
Havalandırma və təhlükəsizlik sistemləri sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirdə Agentliyin iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib. Qeyd olunub ki, müasir dövrdə havalandırma və təhlükəsizlik sistemləri sektorunda çalışan şirkətlər təchizat zəncirində əhəmiyyətli rol oynayır. Bu sahədə fəaliyyət göstərən şirkətlər də KOBİA-nın müxtəlif dəstək və xidmətlərindən istifadə edirlər.
Tədbirdə havalandırma və təhlükəsizlik sistemləri sahəsində işləyən şirkətlərin ehtiyaclarına və bu sahədə dövlət dəstəyi tədbirlərinə dair fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:23]
Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib
- 09.06.2026 [17:20]
“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib
- 09.06.2026 [17:00]
Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb
- 09.06.2026 [16:36]
® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO
- 09.06.2026 [16:21]
® Qızıl kreditini bu banka gətirənlərə endirim var
- 09.06.2026 [16:17]