İsa Həbibbəyli: Akademiyada ermənişünaslıq tədqiqatları davam edir
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasında ermənişünaslıq tədqiqatları davam edir. Akademiyanın Tarix İnstitutunda, Qafqazşünaslıq İnstitutunda mühüm tədqiqatlar aparılır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda söyləyib. Akademik bildirib ki, bizim əsaslandığımız mənbələr arxiv sənədləri, dövri mətbuat və yazışmalardır. Bu konfrans bizim diqqətimizi mövcud arxiv sənədlərinə, daha qədim mənbələrə doğru istiqamətləndirəcək. Konfransın adında Zəngəzurun əks olunması mühüm məsələdir. Zəngəzur dəhlizi dünyanın diqqət mərkəzindədir. Bu baxımdan da konfransın əhəmiyyəti böyükdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:44]
KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib
- 06.10.2026 [14:49]