İşğaldan azad olunan ərazilərdə sərnişindaşıma marşrutunun təşkili ilə bağlı işlər görülür
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycanın işğaldan azad edilən ərazilərində əhalinin yenidən məskunlaşması üçün inşa olunacaq kənd və qəsəbələrdə müntəzəm sərnişindaşıma marşrutunun təşkili nəzərdə tutulur.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, ilk olaraq hər rayon üçün sərnişindaşıma fəaliyyətinin göstərilməsi məqsədilə rayon mərkəzlərini nisbətən böyük kənd və qəsəbələrlə, həmçinin paytaxt Bakı şəhərini və digər şəhərləri (Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Bərdə, Tərtər və sair) həmin rayonların mərkəzləri ilə əlaqələndirən müntəzəm rayondaxili (şəhərdaxili) və müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma marşrutunun təşkil edilməsi planlaşdırılır.
Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra müntəzəm sərnişindaşıma marşrutlarının sayı sərnişin axınına uyğun olaraq təkmilləşdiriləcək və zərurət yarandıqca yenidən təşkil ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]