İSLAM KONFRANSI TƏŞKİLATI AZƏRBAYCAN HÖKUMƏTİNƏ MİNNƏTDARLIĞINI BİLDİRİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilir ki, 2005-ci il noyabrın 26-da İslam Konfransı Təşkilatı Elm və Texniki Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMSTECH) Katibliyindən səfirliyə mətbuat məlumatı daxil olmuşdur. Məlumatda ölkəmiz tərəfindən COMSTECH-in hesabına könüllü yardım edilməsi və Azərbaycan hökuməti tərəfindən 50 min ABŞ dolları ödənildiyi bildirilir.
Sənəddə təşkilatın proqram və layihələrinin həyata keçirilməsində Azərbaycan hökuməti tərəfindən edilmiş yardım yüksək qiymətləndirilir və bununla əlaqədar olaraq COMSTECH-in minnətdarlığı vurğulanmışdır.
Qeyd edilməlidir ki, Pakistanın nüfuzlu “The News” qəzetinin 2005-ci il noyabrın 25 nömrəsində Azərbaycan hökumətinə bu yardımla əlaqədar minnətdarlıq bildirilmişdir.