İSLAM KONFRANSI TƏŞKİLATININ ÜZVÜ OLAN ÖLKƏLƏRİN XARİCİ İŞLƏR NAZİRLƏRİNİN GÖRÜŞÜ İSTANBULDA KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 14-də İstanbul şəhərində İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin xarici işlər nazirlərinin növbəti, 31-ci konfransı keçiriləcəkdir. Lütfü Kırdal adına konqres və sərgi sarayında keçiriləcək konfransın işində 60 ölkədən nümayəndə heyəti iştirak edəcəkdir. Eyni zamanda, buraya İKT-nin müxtəlif strukturlarının və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri də gələcəklər. İstanbulda bu tədbirlə əlaqədar geniş hazırlıq işləri aparılır, ciddi təhlükəsizlik tədbirləri görülür.
Konfransdan sonra burada NATO Sammiti keçiriləcəkdir. Bunun üçün İstanbulda görülən təhlükəsizlik tədbirləri yalnız Türkiyəni deyil, bütün dünyanı yaxından maraqlandırır. Tədbirlər zamanı şəhərdə asayişin qorunması və təhlükəsizliyin təmin olunmasına qonşu vilayətlərdən əlavə qüvvələr və Türkiyə Polis Akademiyasının yeni məzunları da cəlb olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]