İSLAM VƏ QLOBALLAŞMA MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK
Milli Məclisin deputatı, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva AZƏRTAC-ın müxbirinə demişdir ki, yaxın vaxtlarda institutun təşəbbüsü ilə “İslam və qloballaşma” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.
Tanınmış dinşünas, şərqşünas alimlərin, tədqiqatçıların iştirak edəcəyi bu tədbirdə dünyada islam dininin rolu, Azərbaycanda dini dözümlülük və digər məsələlər müzakirə olunacaqdır.