İslandiya paytaxtının yaxınlığında vulkan püskürüb
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 18-də gecə saatlarında İslandiyanın cənub-qərbində yerləşən Reykyanes yarımadasında vulkan püskürməsi baş verib.
AZƏRTAC xəbər verir ki, paytaxt Reykyavik yaxınlığındakı vulkan zəif zəlzələlərdən sonra yerli vaxtla saat 22:17-də püskürməyə başlayıb. Vulkanın dəqiq miqyasının müəyyən edilməsi üçün hadisə yerinə helikopter göndərilib.
Mütəxəssislər noyabr ayında İslandiyada seysmik aktivliyin artdığını müşahidə ediblər. Bu səbəbdən ölkədə vulkan püskürməsi ehtimalı səviyyəsi artıb. Noyabrın 11-də hakimiyyət orqanları paytaxtdan 40 kilometr cənubda yerləşən Qrindavik şəhərinin 4 min sakinini təxliyə edib.
Qeyd edək ki, hazırda İslandiyada 33 aktiv vulkan var ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]