“Isle of Man International” turnirində Azərbaycan şahmatçısının ilk rəqibi məlum olub
Bakı, 23 sentyabr, AZƏRTAC
Bu gün Men adasında (Böyük Britaniya) dünyanın aparıcı şahmatçılarının iştirakı ilə “Isle of Man International” açıq turniri başlanır.
AZƏRTAC xəbər verir ki, ən güclü şahmatçıların “Masters” turnirində çıxış edəcək 161 iştirakçı arasında 80 qrossmeyster, o cümlədən dünya çempionu, norveçli Maqnus Karlsen, rusiyalı Vladimir Kramnik, hindistanlı Vişvanatan Anand, amerikalı Fabiano Karuana və Hikaru Nakamura, israilli Boris Gelfand, ingiltərəli Maykl Adams, ukraynalı Pavel Elyanov, Azərbaycan nümayəndəsi Arkadi Naydiç və dünyanın digər aparıcı şahmatçıları var.
“Masters” turnirində birinci tur üçün püşkatma nəticəsində məlum olub ki, bu turda Azərbaycan qrossmeysteri İtaliya nümayəndəsi Sabino Brunelloya qarşı qara fiqurlarla oynayacaq.
İsveçrə sistemi üzrə keçiriləcək yarışlar 9 turdan ibarət olacaq.
Turnirin mükafat fondunun ümumi məbləği 100.000 funt sterlinqdən çox, birinci mükafat 50.000 funt sterlinqə bərabərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]