İSMAİL HANİYƏ RƏSMƏN FƏLƏSTİN MUXTARİYYƏTİNİN BAŞ NAZİRİ ELAN EDİLMİŞDİR
43 yaşlı Haniyə Qəzzədə doğulub, İslam Universitetində filoloji təhsil almışdır. Bir neçə il ərzində “Həmas”ın mənəvi lideri, 2004-cü ilin martında israillilərin raket atəşləri nəticəsində həlak olan şeyx Əhməd Yasinin dəftərxanasına başçılıq etmişdir. Yasinin vəfatından sonra Qəzzə bölməsində “Həmas”ın lideri olmuşdur.
İsmail Haniyə bu hərəkatın seçkilərdə qələbəsindən sonra “ƏL-Cəzirə” telekanalına müsahibəsində bildirmişdir ki, “Həmas” bu qələbəsindən “Fələstin xalqının mənafelərinə cavab verən siyasi xətt yaradılması naminə “Fəth” və bütün milli qüvvələr ilə tərəfdaşlığın genişləndirilməsi üçün istifadə edəcəkdir”. Onun sözlərinə görə, “parlament seçkilərinin uğurla keçirilməsi təkcə “Həmas”ın deyil, həm də bütün fələstinlilərin qələbəsidir və demokratiyanın əsil təntənəsidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]