İsmayıllı rayon sakinindən heroin götürülüb
Bakı, 26 iyul, AZƏRTAC
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsi yaxalayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, əvvəlcədən verilmiş məlumat əsasında keçirilən tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Quşencə kənd sakini Coşqun Qarayev saxlanılıb. Axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.