İsmayıllıda ev yanıb, bir nəfər ölüb VİDEO
İsmayıllı, 13 yanvar, AZƏRTAC
İsmayıllıda yanğın faciə ilə nəticələnib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın ötən gecə saat 12 radələrində rayonun Quşencə kəndində baş verib. Belə ki, kənd sakini Sovetxan Muradəliyevə məxsus ikimərtəbəli evdə yanğın olub. Ümumi sahəsi 320 kvadratmetr olan 5 otaqlı, aynabəndli evdə yanar konstruksiyalar və dam örtüyü tamamilə yanıb. Hadisə yerinə FHN-in İsmayıllı rayon yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və 17 əməkdaşı cəlb olunub. Alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Yanğın yerindən 1943-cü il təvəllüdlü Ruhəngiz Yunis qızı Muradəliyevanın cəsədi tapılıb.