İSMAYILLIDA MAL-QARANIN CİNS TƏRKİBİ YAXŞILAŞDIRILIR
İsmayıllı, 24 avqust (AZƏRTAC). İsmayıllıda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahəsidir. Hazırda burada 50 min 916 baş mal-qara, 177 min 112 baş davar, 952 baş donuz saxlanılır.
Son illər mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, damazlıq-seleksiya tədbirlərinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bununla əlaqədar hələ bir neçə il əvvəl 4 mütəxəssis seçilərək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan kurslara göndərilmiş, burada onlar həm də heyvanların süni yolla mayalandırılması üzrə əlavə ixtisas almışlar.
Keçən il rayonun Qoşakənd, Talıstan , Topçu və Təzəkənd kəndlərində 1518 baş heyvan süni mayalandırılmışdır. Nəticədə 1000 başdan artıq cins buzov və balaq alınmışdır. Cari ildə isə daha 1100 baş cins bala əldə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]