İSMAYILLIDA TORPAQLARDAN İSTİFADƏNİN SƏMƏRƏLİLİYİNƏ DİQQƏT ARTIRILIR
İsmayıllı, 23 avqust (AZƏRTAC). Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramından irəli gələn vəzifələrlə əlaqədar İsmayıllı rayonunda ardıcıl tədbirlər həyata keçirilir.
Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Həsən Həsənov bildirmişdir ki, başlıca diqqət həm də torpaqlardan istifadənin səmərəliliyinin artırılmasına yönəldilmişdir, Təkcə bu il Mican kəndi ərazisində 400 hektar torpaq sahəsi meliorativ cəhətdən yaxşılaşdırılmışdır. Əlbəttə, əkinə yararlı, lakin onilliklər boyu istifadə olunmayan torpaqların əkin dövriyyəsinə daxil edilməsi də diqqət mərkəzindədir. Cari ildə 250 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir. Sahibkarlarla aparılan maarifləndirmə işləri, onların mütəxəssislərlə keçirilən mütəmadi görüşləri növbəli əkin sisteminin faydalılığına, gübrələrdən düzgün istifadə olunmasına diqqəti artırmışdır. Bütün bunlar ildən-ilə məhsuldarlığın intensiv artımını təmin edir. Belə ki, bu il zəmilərdən 70 min tona yaxın taxıl götürülmüşdür. Bu, rayon tarixində rekord göstəricidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]