İsmayıllıda yay şumunun çıxarılmasına 45 traktor cəlb olunub
İsmayıllı, 28 iyul, AZƏRTAC
İsmayıllı rayonunda gələn ilin məhsulu üçün 30 min hektarda payızlıq taxıl əkini gözlənilir və hazırda bütün ərazilərdə əkinçilikdə vacib olan yay şumu çıxarılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, İsmayıllıda əkinə yararlı 33 min 523 hektar torpaq sahəsi var və bu sahələrin çoxunda mühüm strateji məhsul olan taxıl əkilir. Taxılçılıqla məşğul olan fermerlər və fiziki şəxslər hazırda bütün qüvvələrini yay şumunun vaxtında və keyfiyyətlə çıxarılmasına səfərbər ediblər. Hər gün 45 şum traktorunun qüvvəsindən istifadə olunur. Artıq 10 min hektarda şum çıxarılıb. Bu iş Nikitin adına kolxozda 1000 hektarda, Qoşakənd və Quşencə inzibati ərazi dairələrinin hər birində 500 hektarda, İsmayıllı şəhər ərazisində 400 hektarda və sair görülüb.
Şum çıxarılması hər yerdə sürətlə davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:03]
Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb
- 05.10.2026 [15:57]
Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov
- 05.10.2026 [15:55]
Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub
- 05.10.2026 [15:40]
Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir
- 05.10.2026 [15:31]
Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib
- 05.10.2026 [15:21]
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
- 05.10.2026 [15:18]
Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO
- 05.10.2026 [14:27]