İsmayıllıya bu il 25 min nəfərdən çox turist gəlmişdir
İsmayıllı, 30 dekabr (AZƏRTAC). İsmayıllıya gələn turistlərin sayı ildən-ilə artır. Təkcə 2010-cı ildə rayona 25 min nəfərdən çox turist gəlmişdir. Bu, əvvəlki ildə gələn turistlərin sayından 15 min nəfər çoxdur.
İsmayıllı nəinki daxili, habelə xarici turistləri təkcə əsrarəngiz təbiəti, gözəl flora və faunası ilə yox, həm də qədim və orta əsrlərə dair çoxsaylı tarixi və mədəniyyət abidələri ilə də cəlb edir. Hazırda rayonda dövlət qeydiyyatında olan 238 abidə vardır. Bu abidələrin 108-i təkcə qədim yaşayış məskəni olan Lahıc qəsəbəsindədir. 2010-cu ildə İsmayıllıda daha 55 abidə aşkarlanmışdır ki, onların siyahsı qeydiyyat üçün mədəniyyət və turizim nazirliyinə göndərilmişdir. Bu abidələrdən 2-si qazıntı zamanı təsadüfən tapılan və eramızdan əvvəl II minilliyə aid edilən Pirdinar və Şəbiyan kəndlərinin ərazilərindəki qədim yaşayış məskənləridir.
Son illər rayonda turizmin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
- 09.07.2026 [14:26]