İSRAİL FRANSAYA 200 MİLYON DOLLARLIQ HƏRBİ TEXNİKA SATIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İsrail hökuməti Fransaya 200 milyon dollarlıq (165 milyon avro) pilotsuz hava gəmiləri satmağa razılıq vermişdir. Bu razılığa əsasən, İsrailin Erkaft sənaye qrupu Earl-1 pilotsuz döyüş təyyarəsinin texnologiyasını Avropanın Etos qrupuna və Fransanın Dasolt aviassiya müəssisəsinə satmalıdır.
Bu müqavilə Parisin yaxınlığında keçirilən hərbi texnikadan ibarət sərginin Örosatri hərbi ticarət salonunda bağlanmışdır. Gündəlik «Aaretz» qəzetinin bildirdiyinə görə Fransanın müdafiə naziri Mişel Allio-Mari yaxın vaxtlarda sərginin İsrail hərbi texnikasının nümayiş etdirildiyi salonuna baş çəkəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]