İSRAİL ORDUSUNUN ZABİTLƏRİ “HAARETZ” QƏZETİNİN FOTOQRAFINI DÖYMÜŞLƏR
Zərərdidə nəşrin əməkdaşlarına bildirmişdir ki, Zarit yaşayış məntəqəsinin yaxınlığında Livandan qayıdan İsrail əsgərlərinin fotoşəkillərini çəkəndə İsrail ordusunun üç zabiti ona basqın etmişdir.
Kaminskinin sözlərinə görə, Zaritin yaxınlığında o, bir il əvvəl xidmət etdiyi batalyonun əsgərlərinə rast gəlmişdir. Keçmiş xidmət yoldaşlarını salamlayaraq, onların fotoşəklini çəkməyə başlamışdır. Bu vaxt İsrail ordusunun zabiti ona yaxınlaşaraq, çəkilişi dayandırmağı əmr etmiş və onu döyməyə başlamışdır. Çox keçmədən daha iki zabit ona qoşulmuşdur.
Hərbçilər onu təpikləməyə başlamış və yerə yıxmağa çalışmışlar. Bundan sonra zabitlər onun bütün fotoavadanlığını müsadirə etmiş və mülki şəxslərin bu rayona gəlməsi qadağan edilən əmri göstərmişlər. İsrail ordusunun zabitləri həmçinin demişlər ki, bir az əvvəl Zarit yaxınlığında üç əcnəbi müxbirin də fotokameralarını əllərindən almışlar.
Bununla belə, Yaron Kaminski söyləmişdir ki, Zarit yaxınlığında hərbi blokpostdan keçərkən heç kim onu dayandırmayıb və xəbərdarlıq etməyib ki, bu rayonda fotoçəkiliş qadağandır.
İsrail ordusu komandanlığının nümayəndələri bildirmişlər ki, hadisənin təfsilatını diqqətlə yoxlayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]