İsrail Suveyda druzlarına humanitar yardım göndərmək qərarına gəlib
Qahirə, 19 iyul, AZƏRTAC
İsrailin xarici işlər naziri Gideon Saarın göstərişi ilə Suriyanın Suveyda vilayətində yaşayan druzlara humanitar yardım göndəriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “əl-Arabiyyə” telekanalı məlumat verib.
İsrail XİN tərəfindən maliyyələşdiriləcək yardımlara ərzaq məhsulları, tibbi avadanlıqlar, ilkin tibbi yardım ləvazimatları və dərmanlar daxildir. Nazirlik yardımların “müəyyən yolla” çatdırılacağını deyib.
İsrail mart ayında da suriyalı druzlara yardımlar göndərib.
Qeyd edək ki, Suriyanın cənub bölgələrində, xüsusilə Suveyda vilayətində druzlarla bədəvilər arasında bir neçə gündən bəri davam edən toqquşmalarda 600-dən çox insan ölüb və yaralanıb. Hadisələrə səbəb yerli druz şeyxlərinin Suriya mərkəzi hakimiyyətinə qarşı çıxması və sabitlik yaratmaq məqsədilə göndərilən qoşunlara qarşı təxribatlar törətməsi göstərilir.
Bu arada Suriya bədəvilərinin silahlılarının Suveyda şəhərinə daxil olması və İsrail PUA-larının vilayətin mərkəzini bombalaması barədə xəbərlər yayılır. Bir sıra ölkələr İsrailin Suriyaya son hücumlarını pisləyən bəyanatlar veriblər.
Suriya daxili işlər nazirliyinin sözçüsü bildirib ki, Suriya qüvvələri druzlarla bədəvilər arasındakı toqquşmaları dayandırmaq üçün Suveyda şəhərində göndərilməyə hazırdır.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]