İsraildə çamadanında 186 ekzotik heyvanı gizlədən şəxs saxlanıldı
Bakı, 14 noyabr, AZƏRTAC
Təl-Əvivin Ben Qurion Hava Limanında gömrük müfəttişləri 186 ekzotik heyvanı qaçaqmalçılıq yolu ilə keçirmək istəyən şəxsi saxlayıblar.
AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, Tailanddan Ben Quriona gələn 24 yaşlı şübhəlinin çamadanında fərqli növlərdə ilanlar, tısbağalar, xərçənglər, qurbağalar, kərtənkələlər və digər suda-quruda yaşayanlar olub. Ümumilikdə heyvanların on minlərlə dollar dəyərində olduğu bildirilir.
Səlahiyyətlilər bu cür növlərin invaziv ola biləcəyini və təbiətə, o cümlədən kənd təsərrüfatına təhlükə yarada biləcəyini qeyd ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]