İsveçrə Milli Bankı ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Bakı, 9 iyul, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov İsveçrə Milli Bankının sədri Martin Şlegel ilə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, isveçrəli sədrin Azərbaycana ilk işgüzar səfərində baş tutmuş bu görüş zamanı qlobal iqtisadiyyat və maliyyə bazarlarında gedən proseslər, ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi üzrə prioritetlər, eləcə də maliyyə sektorunun inkişafına dair rəqəmsal təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin ölkələr arasında tərəfdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib və qurumlar arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [17:34]
AYNA: 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
- 04.09.2026 [16:59]
Azərbaycan və Moldova enerji tənzimlənməsi üzrə təcrübə mübadiləsi aparıb
- 04.09.2026 [16:31]
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
- 04.09.2026 [16:08]
Azərbaycanda üst geyim istehsalı 68 faizdən çox artıb – QRAFİK
- 04.09.2026 [16:05]
Sabah paytaxtın bir neçə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- 04.09.2026 [15:38]