İSVEÇRƏDƏ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 90 İLLİYİ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bern şəhərində Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi Serbiya Mədəniyyət Mərkəzi ilə birgə musiqili-əyləncəli gecə keçirmişdir.
Gecədə Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, süquta uğraması səbəbləri, müasir Azərbaycanımızın uğurları barədə qonaqlara geniş məlumat verilmişdir. Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin hazırladığı “28 may 1918-ci il: Azərbaycan Demokratik Respublikası” adlı slaydlar nümayiş etdirilmişdir.
Tədbirdə İsveçrədəki yeganə Azərbaycan dili və mədəniyyəti məktəbi barədə də ətraflı məlumat verilmişdir.
Sonra tədbir konsert proqramı ilə davam etdirilmiş və Azərbaycanın, Serbiyanın milli rəqs və mahnıları ifa olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]