İSVEÇRƏDƏ AZƏRBAYCANI TANITIM GÜNÜ KEÇİRİLMİŞDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 17-də İsveçrədəki Reform kilsəsində Azərbaycanla bağlı informasiya günü kecirilmişdir.
Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirov tədbir iştirakçılarına Azərbaycan reallıqları haqqında məlumat vermiş, o cümlədən torpaqlarımızın bir hissəsinin Ermənistan silahlı birləşmələrinin işğalı altında olmasından, bu təcavüz nəticəsində 1 milyonadək qaçqın və məcburi köçkün ordusunun əmələ gəlməsindən, didərgin soydaşlarımızın çətin vəziyyətdə yaşamasından danışmışdır.
Ənənəvi muğam üçlüyü Azərbaycan milli musiqisindən ibarət maraqlı repertuarla çıxış etmişdir.
Qonaqlar Mədəniyyət Mərkəzinin qadın üzvlərinin bişirdiyi Azərbaycan paxlavasından dadmış, musiqiçilərimiz onların ölkəmizlə bağlı çoxsaylı suallarına cavab vermişlər.
Proqram böyük marağa səbəb olduğundan Reform kilsəsinin rəsmi qəzetində bu tədbirə geniş yer ayrılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]