İsxak Hersoq: İsrail Azərbaycanla münasibətləri yüksək dəyərləndirir
Bakı, 16 fevral, AZƏRTAC
İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Prezident İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, İsxak Hersoq bu münasibətlə dövlətimizin başçısına ünvanlandığı təbrik məktubunda yazıb: “Sizin liderliyinizlə Azərbaycan 20 il ərzində sabitliyi, iqtisadi inkişafı və dini azadlığı təmin etməyə və qorumağa nail olub. Əminəm ki, Sizin yenidən Prezident seçilməyiniz ölkəniz üçün bundan sonra da parlaq və firavan gələcəyi təmin edəcək”.
O qeyd edib ki, İsrail Dövləti Azərbaycan Respublikası ilə münasibətləri yüksək dəyərləndirir. Bizim ikitərəfli əlaqələrimiz çox vacib iqtisadi, təhlükəsizlik və siyasi faydalar təmin edir. Biz bu möhkəm və davamlı tərəfdaşlığa sadiqliyimizi bildiririk.
“Mən Azərbaycan və İsrail arasında əlaqələrin daha da inkişafı və möhkəmlənməsi üçün Sizinlə birgə işləmək imkanına görə şəxsən minnətdarlığımı bildirirəm. Keçən il Sizin gözəl ölkənizə səfərimiz zamanı Mixala və mənə göstərdiyiniz səmimi qonaqpərvərliyi yüksək qiymətləndirirəm.
Gələcək illərdə qarşılıqlı maraqlarımıza dəstək olaraq ölkələrimiz arasındakı münasibətləri dərinləşdirməyə davam etmək istiqamətində Sizinlə işləməyi səbirsizliklə gözləyirəm”, - deyə İsrail Prezidenti vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [14:54]
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
- 30.09.2026 [13:38]
Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [13:00]