“İT MAQAZİN” JURNALININ 3 YAŞI QEYD EDİLMİŞDİR
Bu münasibətlə keçirilən mərasimdə respublikamızın informasiya texnologiyaları sahəsinin inkişafının ölkə rəhbərliyinin diqqət mərkəzində olduğu vurğulanmış, dövlət başçısı tərəfindən təsdiq olunmuş Milli Strategiyada Elektron Azərbaycan Proqramının bəhrə verdiyi xatırladılmışdır. Xüsusi qeyd edilmişdir ki, indi ölkəmiz mobil telefon istifadəçilərinin sayına görə MDB-də birinci yeri tutur, Azərbaycan kompyuter istehsalçısı və ixracatçısına çevrilir, əhalinin böyük əksəriyyəti internetdən istifadə edir.
Tədbirə toplaşanlar yaradıcı kollektivə yeni uğurlar arzulamışlar.
Prezidentin İcra Aparatı informasiya resursları və texnologiyaları şöbəsinin müdiri Elmir Vəlizadə demişdir ki, yazan qələmləriniz yorulmasın, düşünən beyinləriniz yeni ideyalar ortaya çıxarsın. “İT maqazin” həm biznes sektorunda fəaliyyət göstərən təşkilatların, həm də vətəndaş cəmiyyətinin jurnalıdır.
“İT maqazin” jurnalının baş redaktoru Arif Məmmədzadə xoş sözlərə görə minnətdarlığını bildirmiş, redaksiya heyətinin gələcək illərdə də oxucularını yeni, maraqlı rubrikalarla sevindirəcəyini vəd etmişdir.