İtaliya A Seriyası: “Yuventus” minimal hesabla qələbə qazanıb
Bakı, 18 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 17-də futbol üzrə İtaliya A Seriyasının səkkizinci turunun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, “Allyanz” stadionunda “Yuventus” əzəli rəqibi “Roma” komandasını qəbul edib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunun taleyini həll edən qol matçın 16-cı dəqiqəsində vurulub. Moyse Kin fərqlənib. Bu qələbə sayəsində “Yuventus” xal ehtiyatını 14-ə çatdıraraq turnir cədvəlində 7-ci yerdədir. “Roma” isə 15 xalla dördüncü yerdə qərarlaşıb.
Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
“Kalyari” - “Sampdoriya” - 3:1;
“Empoli” - “Atalanta” - 1:4;
“Genoa” - “Sassuolo” - 2:2;
“Udineze” - “Bolonya” - 1:1;
“Napoli” - “Torino” - 1:0;
“Milan” - “Verona” - 3:2;
“Latsio” - “İnter” - 3:1.