İtaliya klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb
Bakı, 21 dekabr, AZƏRTAC
İtaliyanın “Salernitana” klubunun bir neçə futbolçusunda koronavirus aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb.
“Salernitana”da koronavirusa yoluxma hallarının qeydə alınması səbəbindən komanda A Seriyasının 18-ci turunun “Udineze” ilə səfər matçına yollana bilməyib.
Komandanın digər üzvlərinin koronavirus testinin nəticələri bilindikdən sonra komanda səfərə yola düşəcək. Virusa yoluxanların sayında artım olarsa, “Udineze” ilə matç təxirə salına bilər.
Bu gün keçirilməli olan “Udineze” - “Salernitana” matçı saat 21:30-da başlamalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]