İtaliya kuboku: “Milan” komandası “Napoli”ni məğlub edərək yarımfinala vəsiqə qazanıb
Bakı, 30 yanvar, AZƏRTAC
İtaliya kubokunun dörddəbir final mərhələsinin görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, “San Siro” stadionunda baş tutan görüşdə son İtaliya kubokunun finalçısı olan “Milan” komandası “Napoli” ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə “Milan” 2:0 hesabı ilə qələbə qazanıb. Onun heyətində yeni transfer, polşalı Kşiştof Piatek (11, 27) fərqlənib.
“Milan” növbəti mərhələdə - yanvarın 31-də “İnter” - “Latsio” görüşünün qalibi ilə qarşılaşacaq.
Yarımfinal oyunları isə aprelin 24-də keçiriləcək.
Qeyd edək ki, dörddəbir final mərhələsinin digər görüşlərində “Fiorentino”-“Roma”, “Atalanta”-“Yuventus” və “İnter”-“Latsio” üz-üzə gələcəklər.