İtaliya rəsmisi: Ticarət müharibəsində Avropa öz maraqlarını qorumalıdır
Roma, 14 iyul, AZƏRTAC
Ticarət müharibəsində Avropa öz maraqlarını qorumalıdır.
AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.
“Tariflər Amerika Birləşmiş Ştatlarından başlayaraq hamıya zərər vurur. Prezident Donald Tramp Birləşmiş Ştatların maraqlarından çıxış edir, Avropa da öz maraqlarını qorumalıdır. Yaxşı münasibətlərin olması hər şeyi qəbul etmək demək deyil”, - deyə Baş nazirin müavini vurğulayıb.
O, həmçinin diqqətə çatdırıb ki, Avropa baş verənlərə sakit və təmkinli reaksiya verməlidir:“Avropa ticarət müharibəsindən qaçmağın hər kəsin xeyrinə olduğunu bilə-bilə başını dik tutaraq danışıqlar aparmalıdır. Avropanın Amerikaya ehtiyacı var və əksinə”.
Antonio Tayani Avropanın əks tarifləri avqustun 1-dək təxirə salmasını müdrik seçim kimi qiymətləndirib. “Qətiyyət ehtiyatsız reaksiyalarla deyil, güclü danışıqlarla nümayiş olunur. Biz Avropa Komissiyasının yanındayıq”, - deyə o qeyd edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]