İtaliyada 4 bal gücündə zəlzələ qeydə alınıb
Roma, 26 iyul, AZƏRTAC
İtaliya sahillərində 4 bal gücündə zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumatına əsasən, episentri Bakoli bələdiyyəsindən 2 kilometr, Neapol şəhərindən isə 13 kilometr uzaqlıqda dənizdə olan zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrə yaxın bələdiyyələrdə, eyni zamanda Kampi Fleqrey və Neapol şəhərlərinin müxtəlif məhəllələrində, Proketa və Arturo adalarında da hiss olunub.
Yeraltı təkandan dərhal sonra Neapolda ehtiyat tədbiri olaraq metronun hərəkəti dayandırılıb, hər hansı bir ziyan dəyib-dəyməməsinə görə yoxlamalar və monitorinqlər aparılıb. Mülki Müdafiə qüvvələrinin məlumatına görə, zəlzələ əhali tərəfindən hiss edilsə də, heç bir dağıntı törətməyib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]