İtaliyada donor olmaq istəyənlərin sayı artır
Bakı, 8 aprel, AZƏRTAC
Bu ilin ilk üç ayında orqanlarının bağışlanmasına razılıq vermək qərarına gələn italiyalıların sayı 2024-cü ilin ekvivalent dövrü ilə müqayisədə 3,4 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin ANSA xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, 11 Aprel - Donorluq Günü ərəfəsində Milli Transplantasiya Mərkəzi hesabat yayımlayıb. İnsanlar şəxsiyyət vəsiqələrini yeniləyərkən donor olmaqla bağlı bəyannamə veriblər. Yanvar-mart dövründə vəsiqəsini yeniləyən 950 min nəfərdən 570 mini donorluq üçün razılıq verib.
Qeyd edək ki, bu metod İtaliyada insanların ölümdən sonra orqanlarını bağışlamağa razılıq verə biləcəyi bir neçə üsuldan biridir.
Bəyannamələr İtaliyanın transplantasiya kompüter sistemində qeydə alınır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]