İtaliyada leysan yağışları fəsadlar törədib
Roma, 3 may, AZƏRTAC
Güclü leysan yağışları İtaliyada daşqınlara və torpaq sürüşməsinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, ölkənin şimal-şərqindəki Emiliya-Romaniya regionunda əlverişsiz hava şəraiti bir çox şəhərdə fəsadlar törədib. Leysan yağışları nəticəsində çaylar daşıb, çox sayda evi su basıb, bəzi yollar bağlanıb. Xilasetmə qrupları yağışdan ən çox zərər görən vətəndaşların köməyinə çatıb.
Bolonyada magistral yollar və küçələr suyun altında qalıb. Genuyada güclü külək nəticəsində ağaclar avtomobillərin üzərinə və yollara aşıb. İnfrastruktura ciddi ziyan dəydiyi, insan tələfatının olmadığı bildirilib.
Siciliyada adasında leysan yağışları sel və torpaq sürüşməsinə səbəb olub. Bəzi yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [13:26]
Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib
- 05.10.2026 [13:16]
Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq
- 05.10.2026 [13:08]
Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub
- 05.10.2026 [12:57]
Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib
- 05.10.2026 [12:44]