İtaliyada meşə yanğını ilə mübarizə aparan iki yanğınsöndürən ölüb
Roma, 19 iyul, AZƏRTAC
İtaliyanın cənubundakı Matera şəhəri yaxınlığında baş verən meşə yanğınına müdaxilə edən iki yanğınsöndürən ölüb.
AZƏRTAC xəbər verir ki, İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Ciorcia Meloni bədbəxt hadisə zamanı həlak olan yanğınsöndürənlərin ailələrinə başsağlığı veriblər.
Yanğınsöndürənlər evdə çətin vəziyyətdə qalan ailəni xilas etməyə çalışarkən ehtiyatsızlıqdan həlak olublar.
Qeyd edək ki, son günlər İtaliyada Afrikadan qaynaqlanan anomal isti hava müşahidə olunur. Səhiyyə Nazirliyi qızmar hava səbəbindən 14 şəhər üçün “qırmızı” xəbərdarlıq elan edib. Anomal isti nəticəsində 4 nəfər ölüb. Paytaxt Roma, digər bölgələrdə isə bir neçə meşə yanğını ocaqları qeydə alınıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]