İtaliyada meşə yanğınları ilə mübarizə davam edir
Roma, 27 iyul, AZƏRTAC
İtaliyanın Siciliya və Sardiniya adalarında, eləcə də Kalabriya və Puqlia regionlarındakı meşə yanğınlarının söndürülməsi istiqamətində işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, həftənin əvvəlindən davam edən yanğınların söndürülməsi üçün mülki müdafiə qüvvələrinin 6 min əməkdaşı səfərbər olunub. Əməliyyatlara, həmçinin 1500 texnika, 14 yanğınsöndürən təyyarə və 2 helikopter cəlb edilib.
Sirakuza əyalətində meşəlik ərazidə yanğınla mübarizədə iştirak edən helikopterin qəzaya uğradığı, lakin pilotun sağ qaldığı bildirilib.
Ölkənin şimal regionlarında isə güclü külək və fırtına hökm sürür.
İtaliyanın Baş naziri Ciorcia Meloni yanğınların qarşısının alınması üçün hökumətin bütün imkanlarını səfərbər etdiyini vurğulayıb, lazımi qiymətləndirmələrin aparıldığını deyib.
Qeyd edək ki, İtaliya ərazisindəki əlverişsiz hava şəraiti 4 nəfərin ölümünə səbəb olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]