İtaliyanın dövlət qurumlarının İT sistemləri genişmiqyaslı haker hücumuna məruz qalıb
Bakı, 19 dekabr, AZƏRTAC
İtaliyanın dövlət qurumlarının informasiya sistemləri “Lockbit” qrupunun hakerləri tərəfindən həyata keçirildiyi iddia edilən irimiqyaslı kiberhücuma məruz qalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Bildirilib ki, virus məlumat bazalarını şifrələyib. “La Repubblica” qəzetinin məlumatına görə, hələ də dəymiş ziyanın həcmi hesablanır. Haker hücumu əməkhaqqı və elektron hesab-faktura sistemlərinə təsir edib. Milli Kibertəhlükəsizlik Agentliyinin texniki işçiləri araşdırma aparırlar.
İtaliyanın İnformasiya Təhlükəsizliyi Assosiasiyasının noyabrda dərc etdiyi hesabata görə, bu ilin ilk altı ayında İtaliyada kiberhücumların sayı 2022-ci illə müqayisədə 40 faiz artıb ki, bu da dünyanın digər ölkələri ilə müqayisədə təxminən 4 dəfə çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]