Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliyanın Milan şəhərinin Korbetta Bələdiyyə Şurasından Azərbaycana dəstək

Roma, 1 dekabr, AZƏRTAC

İtaliyanın Milan şəhərinin Korbetta Bələdiyyə Şurası Ermənistanın Azərbaycana qarşı təcavüz, etnik təmizləmə, soyqırımı siyasətini pisləyən və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənəd qəbul edib.

AZƏRTAC xəbər verir ki, Korbetta bələdiyyəsinin meri Marko Ballarini bu barədə öz “Facebook” səhifəsində məlumat yayıb. O, paylaşımda bildirib: “Dünən axşam Korbetta Bələdiyyə Şurasında bələdiyyənin ən böyük siyasi qrupu olan “Viviamo Corbetta”nın təklifi ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət adlı sənəd qəbul olundu. Bu sənədlə biz bölgədə sülh və hörmətin bərqərar olması üçün tərəflərin BMT-nin müvafiq qətnamələrinə və 10 noyabr tarixində imzalanmış Bəyanatdan irəli gələn öhdəliklərə əməl etməsini istəyirik. Nəhayət ki, bu müharibənin sona çatması anı yetişib”.

Sənəddə Ermənistanın Azərbaycana qarşı təcavüz və etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon da daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, azərbaycanlılara qarşı müharibə cinayətləri və Xocalı soyqırımının törədildiyi bildirilir.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin ərazilərdən dərhal çıxarılmasını tələb etdiyi vurğulanır.

Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarında da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonlarının Ermənistan tərəfindən işğal edildiyinin təsdiqləndiyi ifadə olunur.

Sənəddə, həmçinin rəsmi İtaliyanın davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə diqqət çəkilir və bu xüsusda, Azərbaycan Respublikası Prezidentinin cari ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”yə istinad edilir.

Münaqişə ilə bağlı mövcud hüquqi əsaslara və 30 ilə yaxın müddətdir ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılan danışıqlara baxmayaraq, Ermənistanın destruktiv siyasəti nəticəsində danışıqların bloklandığı, Azərbaycan xalqının böyük ədalətsizliklə üzləşdiyi və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına qayıda bilmədiyi, ailə üzvlərinin məzarlarını belə ziyarət edə bilmədikləri vurğulanır.

Sənəddə 27 sentyabr tarixindən etibarən Ermənistanın yeni hərbi təcavüzü zamanı qəsdən mülki obyektləri və mülki şəxsləri hədəf alaraq Gəncə və Bərdə şəhərlərini bombalaması pislənilir və bu xüsusda, Gəncə və Bərdə şəhərlərinin sakinləri, habelə bütünlükdə Azərbaycan xalqı ilə həmrəylik ifadə edilir.

Sənəddə beynəlxalq hüququn norma və prinsiplərinə dəstək ifadə olunur, Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti pislənilir, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələrinin və 10 noyabr tarixində Azərbaycan Prezidentinin, Ermənistanın baş nazirinin və Rusiya Prezidentinin imzaladıqları Bəyanatın dərhal yerinə yetirilməli olduğu, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və bütünlüklə çıxarılmalı olduğu, eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməli olduğu vurğulanır.

Qeyd edək ki, bundan öncə oxşar sənədlər İtaliyanın Kataniya şəhər Şurası, Neapol şəhərinin Ottaviano və Liveri bələdiyyələri, Kaserta əyalətinin Santa Maria a Viko, Draqoni, Qalluççio və Presenzano bələdiyyələri və Kampobasso əyalətinin Sepino və San Culiano del Sannio bələdiyyələri tərəfindən də qəbul edilib. Habelə İtaliya Deputatlar Palatasının xarici əlaqələr komissiyası imzalanmış Bəyanatın müddəalarının yerinə yetirilməsinə çağıran qətnamə qəbul edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Mərkəzi Azəri” platformasının profilaktik işlər proqramı uğurla başa çatıb

Rusiyanın Tambov və Lipetsk vilayətlərinə PUA hücumları olub, ölənlər var

Arpaçay su anbarı ilə bu il Naxçıvanda 14 min hektardan çox əkin sahəsi suvarılacaq - Açıqlama

Şabranda yük və minik avtomobilləri toqquşub, ölən var

Misin qiyməti rekord həddə yaxınlaşır

Türkiyədə BMT-nin iqlim diplomatiyası təcrübədən keçiriləcək

Professor İlham Məmmədzadə: Kokand Universiteti ilə birgə beynəlxalq konfrans planlaşdırılır

Ötən gün 73 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib

Yanvar-iyul aylarında “Könüllü DOST” proqramına 881 şəxs cəlb olunub

Fövqəladə hallar naziri Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyəcək

Naxçıvanda şəhid və qazi övladları üçün sosial təlim proqramı təşkil olunacaq

Avropa çempionatı: Azərbaycanın voleybol millisi Belçika ilə üz-üzə gələcək

“Laçından 4 övladımla çıxmışdım, 12 nəvəmlə qayıtdım” - Məmmədovların həyat hekayəsi VİDEO

“Laçından 4 övladımla çıxmışdım, 12 nəvəmlə qayıtdım” - Məmmədovların həyat hekayəsi VİDEO

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

“Brent”in qiyməti 87 dollara enib VİDEO

“Brent”in qiyməti 87 dollara enib VİDEO

Azərbaycan nefti 91,93 dollara satılır VİDEO

Azərbaycan nefti 91,93 dollara satılır VİDEO

Bakıda yanğın baş verib, 1 nəfər ölüb VİDEO

Bakıda yanğın baş verib, 1 nəfər ölüb VİDEO

Muğamın yaddaş məkanı: Beynəlxalq Muğam Mərkəzi VİDEO

Muğamın yaddaş məkanı: Beynəlxalq Muğam Mərkəzi VİDEO

Nəsilləri birləşdirən milli musiqimizin şah əsəri - Azərbaycan muğamı

Yaponiyada qasırğa səbəbindən 280-dən çox reys ləğv edilib

Bu gün Laçın Şəhəri Günüdür

ABŞ-də "Black Hawk" hərbi helikopteri qəzaya uğrayıb

ABŞ strateji bombardmançı təyyarələrin modernləşdirilməsinə yüz milyonlarla dollar xərcləyəcək

NBC İranın ABŞ kəşfiyyat obyektlərinə vurduğu ziyanı milyardlarla dollar qiymətləndirir

“Axios”: ABŞ İrana yeni zərbələr endirməyi planlaşdırmır

“Heart Aerospace”dən uğurlu sınaq – 27 dəqiqəlik uçuşa 5 dollarlıq enerji sərf olundu

Kanada ABŞ-nin 50 faizlik tarif tətbiq etməsinə cavab verəcək

“Politico”: Aİ öz vəzifəli şəxslərinə qarşı kiberhücumları ilin əsas təhdidlərindən biri adlandırıb

Tahir Gözəl: “Sabah”a Çempionlar Liqasının əsas mərhələsində uğurlar arzulayıram

Uels klubu “Sabah”ı tarixi nəticəyə görə təbrik edib

Qəza siqnalı göndərən ABŞ hərbi təyyarəsi Almaniyaya eniş edib

“Sabah”dan tarixi nəticə: İlklər və rekordlar

“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib

Abbas Əraqçi: İran və Omanın Hörmüz boğazı ilə bağlı razılaşması regional nizamlanmanın nümunəsidir

Blokada səbəbindən 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qalıb

"Sabah"ın futbolçusu: Meydana daxil olanda uşaqlar deyirdi ki, sən qol vuracaqsan

Hindistanda dörd qolu və dörd ayağı olan körpə dünyaya gəlib

Valdas Dambrauskas: Dünyanın ən xoşbəxt baş məşqçisiyəm

Coy Lens Mikels: Çox çətin oyun oldu

“Sabah”ın özbəkistanlı futbolçusu: Liqa mərhələsinə yüksələcəyimizə inanırdıq

Suriya Demokratik Qüvvələrinin buraxıldığı elan olunub

ABŞ-də bayraqlar bir həftə yarıyadək endiriləcək

Sabah Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Fransanın vergi idarəsinə haker hücumu: yüzlərlə zərərçəkən dövlətə qarşı kollektiv iddia qaldırır

Salyanda ölümlə nəticələnən yol qəzası olub VİDEO

Salyanda ölümlə nəticələnən yol qəzası olub VİDEO

"Sabah" ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB 10

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Azərbaycan səfiri etimadnaməsini Sudanın Suveren Keçid Şurasının Sədrinə təqdim edib

Sabah ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq

Əbədi dostluq – Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ

Ekspert: Gələcəkdə əsas təhlükə AI-nin özü deyil, insanların ondan necə istifadə etməsi olacaq

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub VİDEO

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub VİDEO

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

Frank-Valter Ştaynmayer: Almaniyada birinci və ikinci dərəcəli vətəndaş yoxdur

Bu saata olan əsas xəbərlər

“Sabah” - “Hapoel” oyunu üçün start heyətlər bəlli olub

Qadınların zərifliyini və mənəvi zənginliyini əks etdirən sərgi – “Bir İnci” VİDEO

Qadınların zərifliyini və mənəvi zənginliyini əks etdirən sərgi – “Bir İnci” VİDEO

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə: nəticələr və prioritet istiqamətlər

Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə növbəti tədarük həyata keçirilib

Azərbaycan hərbçiləri üçün 4 aylıq ingilis dili kursu açılıb

Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb

Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb

“Maarifçi” proqramının iştirakçıları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırılıb

Tramp ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərinin azaldılmasına göstəriş verib

Bakı-Daşkənd-Ankara xətti Avrasiyada yeni geosiyasi tarazlığın əsas dayaqlarından birinə çevrilir ŞƏRH

Dələduzluqda ittiham olunan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib

Azərbaycan-Özbəkistan münasibətləri regional strateji maraqların vəhdətinə əsaslanır ŞƏRH

Peşə təmayüllü siniflər əmək bazarının gələcək kadrlarını yetişdirir

Naxçıvanda avqust ayı üzrə bütün növ sosial müavinətlər ödənilib

Qubada tələbələr üçün “GeoCamp” yay düşərgəsinin açılışı olub

Azərbaycan-Özbəkistan münasibətləri dövlətlərarası əməkdaşlıqdan ortaq inkişaf modelinə yüksəlir - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq

Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyini 15 medalla başa vurublar

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb

Bakıda 66 yolötürücüsü və körpüyə baxış keçirilib

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

Avropa çempionatı: Belçikanın voleybol millisi Rumıniyanı məğlub edib

Daşkəndlə tərəfdaşlıq Azərbaycanın digər regional bazarlarla əlaqələrində əlavə imkan yaradır ŞƏRH

Şirin Məlikova: Milli İncəsənət Muzeyinin Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərində iştirakı bizim üçün xüsusi əhəmiyyət kəsb edən hadisə oldu

Bir il əvvəl qonaq kimi getdi, indi tələbə kimi qayıdır - Amal Mirzəyevin hekayəsi

Gəncədə əmək yarmarkası: 27 müəssisə, 168 vakansiya

Azərbaycan-Özbəkistan aqrar əməkdaşlığında yeni imkanlar yaranır – ŞƏRH

Xocavəndə qayıdan ailələr doğma yurdda yeni həyata başlayırlar

Mərkəzi Bank rəsmisi Daşkənddə süni intellektin maliyyə sektoruna təsirindən danışıb

Türk mütəxəssis: Azərbaycan-Özbəkistan ittifaqı Türk dünyasında yeni geosiyasi xətt formalaşdırır

® “Azercell” qadınları dəstəkləyən müsabiqə elan edir

Bakıda keçiriləcək beynəlxalq güləş yarışları üçün Azərbaycan yığmalarının heyəti açıqlanıb

Malik Mansurov: Azərbaycan və Özbəkistan musiqiçilərinin hər görüşü yeni bir məktəblə tanışlıq imkanı yaradır

Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb – QRAFİK

Sakit okeandakı Vanuatu adalarında vulkan püskürüb

“Sabah”ın oyunu ilə əlaqədar stadionun qarşısındakı mübadilə mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb

Oğuzda çiyələk istehsalı genişləndirilir - hədəf xarici bazarlardır

Hörmüzdən keçən gəmilərin sayı münaqişənin başlanğıcından bəri ən aşağı göstəriciyə düşüb

Zəfər parkında “Mütaliə və melodiya”: fəal gənclərə kitablar hədiyyə olunacaq