SİYASƏT
İtaliyanın nüfuzlu “TMNews” xəbər agentliyinin saytında Dağlıq Qarabağ münaqişəsi barədə məqalə yerləşdirilmişdir
Roma, 6 noyabr (AZƏRTAC). İtaliyanın nüfuzlu “TMNews” xəbər agentliyinin saytında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məqalə yerləşdirilmişdir.
Yazıda qeyd edilir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik yeddi rayon işğal olunmuşdur. 1994-cü ildə tərəflər arasında atəşkəsə dair razılıq əldə edilsə də cəbhə xəttində tez-tez silah səsləri eşidilməkdədir.
Münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqlar prosesinə toxunan müəllif yazır ki, ATƏT-in Minsk qrupu problemin nizamlanması istiqamətində səylərini davam etdirir. Həmsədrlər mütəmadi olaraq hər iki ölkəyə səfərlər edir, müzakirələr aparırlar. Lakin bu səylər hələ ki, heç bir nəticə vermir.
Müəllif məqalədə Minsk qrupunun danışıqlar prosesinə dair son bəyanatı haqqında da məlumat verir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma