IV UŞAQ FOLKLOR MUSİQİ MÜSABİQƏSİNİN FİNAL MƏRHƏLƏSİNİN İŞTİRAKÇILARI MÜƏYYƏNLƏŞDİRİLMİŞDİR
Ölkəmizin 24 rayonundan 4 minə yaxın iştirakçı arasından 200-dək uşaq və yeniyetmə final mərhələsinə vəsiqə qazanmışdır.
Martın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında müsabiqənin final mərhələsi keçiriləcəkdir. Qaliblər Azərbaycanın tanınmış incəsənət xadimləri tərəfindən müəyyənləşdiriləcəkdir. Hər nominasiya üzrə ilk 3 yeri tutan iştirakçı Gənclər, İdman və Turizm Nazirliyinin və UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin təsis etdikləri şəhadətnamə, diplom və xatirə medalları ilə təltif olunacaqlar.
Final mərhələsinin iştirakçıları müsabiqə başlanmazdan əvvəl Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin məzarının və Şəhidlər xiyabanında Əbədi məşəl xatirə kompleksinin önünə əklillər qoyacaqlar.