İvan Rakitiç “Zirə” ilə matçlarda oynamayacaq
Bakı, 2 iyul, AZƏRTAC
Xorvatiya futbolunun canlı əfsanələrindən biri, ötən mövsümü “Hayduk” komandasında keçirən İvan Rakitiç UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”yə qarşı oynamayacaq.
AZƏRTAC xəbər verir ki, buna səbəb ulduz futbolçunun peşəkar karyerasını başa vurmasıdır.
Lakin 37 yaşında futbolla vidalaşan Rakitiç Split təmsilçisindən ayrılmayacaq. Karyerası ərzində İsveçrədə “Bazel”, Almaniyada “Şalke”, İspaniyada isə “Sevilya” və “Barselona” kimi komandalarda çıxış etmiş futbolçu bundan sonra “Hayduk”da idman direktorunun köməkçisi vəzifəsində çalışacaq.
Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk oyunu iyulun 23-də evdə, cavab matçına isə iyulun 31-də səfərdə keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [19:49]
Cüdo üzrə U-20 Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib
- 27.10.2026 [19:37]
Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO
- 27.10.2026 [18:59]
Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub
- 27.10.2026 [18:21]
Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
- 27.10.2026 [18:01]
Çempionlar Liqası: “Araz-Naxçıvan” Macarıstan klubuna qalib gəlib
- 27.10.2026 [17:44]